AFFA İntizam Komitəsi “Şamaxı” və “Sumqayıt”ın baş məşqçilərini cəzalandırıb. Buna onların son turun oyunundakı davranışları səbəb olub. Matçın 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə hücum çəkən “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb və klubu 2000 manat cərimələnib.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə rəqib komandanın texniki zonasında etdiyi qeyri etik hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya olunub. “Gənclik şəhəri”nin komandası 10000 manat cərimələnib. Üstəlik, sumqayıtlılardan 5 nəfərin sarı vərəqə alması üzündən komanda daha 700 manat ziyana düşüb.
“İmişli”li isə “Sabah”la ev oyununda azarkeşlərinin pirotexnikidan istifadə edildiyinə görə 3000 manat cərimələnib.
“Qəbələ” – “Araz-Naxçıvan” matçında isə “qırmızı-qaralar”ın futbolçusu Murad Musayev ikinci sarı vərqəsinin qırmızıya çevrilməsinə görə 1 oyun cəza alıb və klubuna 500 manat ziyan vurub.