Luış Freyredən etiraf: “Azərbaycanın müqavimətini ikinci hissədə qırdıq”

27.03.26 | 20:01
Ölkə futbolu

Bakıda 4 cavabsız qolla qalib gələn Portuqaliya U-21 millisinin baş məşqçisi Luış Freyre oyundan sonra maraqlı etirafları ilə diqqət çəkib. Portuqaliyalı mütəxəssis böyükhesablı qələbəyə rəğmən, Azərbaycan seçməsinin sürətli hücum xəttinin onlarda ciddi narahatlıq yaratdığını gizlətməyib.

“Bakı səfərinin asan keçməyəcəyini əvvəlcədən bilirdik. Azərbaycan millisi hər oyunda meydanda maksimum gücünü qoymağa çalışan komandadır. Xüsusilə hücum xəttində kifayət qədər sürətli futbolçular yer alıb. Buna görə də müdafiədə çox diqqətli və intizamlı oynamalıydıq. Futbolçularımız yaradılan imkanlardan maksimum yararlanmağı bacardılar. İkinci hissədə isə rəqibin yorulduğu hiss olunurdu. Müdafiəyə çəkilmələri bizim işimizi asanlaşdırdı və hesabı artırmağa nail olduq”, – deyə Freyre bildirib.

Təcrübəli mütəxəssis həmyerlisi Ruy Jorjenin Azərbaycanın U-20 millisinin sükanı arxasına keçməsinə də münasibət bildirib. O, Jorjenin bu təyinat üçün ən doğru seçim olduğunu vurğulayıb: “Ruy Jorje böyük təcrübəyə malik məşqçidir. O, uzun illər Portuqaliya U-21 millisinə rəhbərlik edib və iki dəfə Avropa çempionatının finalında mübarizə aparıb. Onun bu təcrübəsi Azərbaycan futbolu üçün çox faydalı olacaq. Hesab edirəm ki, o, qarşısına qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58