“Qarabağ” pis uduzdu, amma sevindi

28.01.26 | 23:06
Ölkə futbolu

Son həftələrdə azarkeşlərini heç cür sevindirə bilməyən “Liverpul” bu oyuna təkcə Çempionlar Liqasında irəliləmək baxımından yox, həm də qara zolaqdan çıxmaq üçün əhəmiyyət verirdi. Lakin oyun ingilislər üçün yaxşı başlamadı. Onsuz da itkilərlə qarşılaşmaya çıxan “Liverpul” oyunun lap əvvəlində Frimponqu da itirdi. “Qarabağ”ı “Bayer”lə oyunlardan yaxşı tanıyan müdafiəçi zədələnərək yerini yapon Endoya verməli oldu. Meydan sahiblərinin üstünlüyü aşkar olsa da, ağdamlılar ciddi səhvə yol vermirdilər. Lakin 15-ci dəqiqədə təhlükə ən gözlənilən istiqamətdən gəldi. Standart vəziyyət! Künc zərbəsi zamanı Mustafazadə Van Dayka mübarizədə uduzdu və niderlandlının toxunuşunu Mak Alister başla xəttdən keçirdi. Koxalski topu qaytarsa da, hakimin qolundakı siqnal ümidlərimizi puç etdi. Az sonra oyunun nəticəsinə görə də ümidlər azaldı. Virts müdafiənin mərkəzindəki boşluqdan istifadə edərək rahatca topu qəbul edib qapıya dəqiq zərbə endirdi. İlk yarının sonları həyəcanlı keçdi, amma xoşbəxtlikdən hesab dəyişmədi. Bu hesabla komandamız fasiləyə turnir cədvəlinin 23-cü pilləsində yollandı. Bu da artıq narahatlıq yaratmaya bilməzdi.

İkinci hissə bizim üçün həm pis başladı, həm də yaxşı. Pis o oldu ki, Soboslai ilə Salah cərimə zərbəsindən sanki məşqdəymiş kimi istifadə edərək qol vurdular. Yaxşı isə o oldu ki, turnir cədvəlində “Qarabağ”ın əsas izləyicilərinin oyununda hesab dəyişdi və komandamız bir pillə irəlilədi. Amma bu uzun sürmədi və Qurban Qurbanovun komandası yenidən 23-cü pilləyə düşdü. Qapımıza vurulacaq hər qol bizi aşağı düşürə bilərdi və Ekitike daha bir qolla qol fərqini daha da artırdı. Bu epizodda Bəhlul inamsız oyunu ilə səhvə yol verdi. Artıq “Qarabağ”ın müqavimət göstərmək üçün imkanları tükənməkdə idi və tək ümidimiz hesabın daha da biabırçı olmamasına idi. Fiziki cəhətdən “Liverpul”la yarışmaq çox çətin görünürdü. Ağdamlılar azacıq hücuma çıxan kimi öz qapısında ciddi təhlükə yaranırdı. Amma bu dəqiqələrdə azarkeşləri artıq daha çox digər oyunların nəticələri maraqlandırırdı və orada vəziyyət daha ürəkaçan idi. Ümumi nəticələrə görə “Qarabağ” 21-ci yerə qalxmışdı. “Liverpul” qolları sıralayır, “Qarabağ” azarkeşlərinin nəzərləri digər oyunlarda qalırdı. Xoşbəxtlikdən digər nəticələr istədiyimiz kimi oldu. “Qarabağ” acınacaqlı məğlubiyyət alsa da, azarkeşləri üzülmədi. Çünki, “Qarabağ” ilk 24-lükdə qalaraq pley-offa çıxaraq daha bir ilkə imza atdı.

UEFA Çempionlar Liqası, Əsas mərhələ, 8-ci tur

“Liverpul” – “Qarabağ” 6:0
Baş hakim: İvan Kurjlyak (Slovakiya).
Liverpul: Alison, Frimponq (Endo, 4), Van Dayk, Qravenbex, Robertson, Virts (Nqumoa, 68), Mak Alister, Soboslai (Nallo, 75), Salah, Qakpo (Kyeza, 75), Ekitike (Nyoni, 68).
Qarabağ: Koxalski, Medina, Mustafazadə, Mateus Silva, Cəfərquyliyev (Bayramov, 68), Yankoviç, Bikalyo, Andrade (Bolt, 68), Montiel (Qurbanlı, 85), Zubir (Addai, 81), Duran (Axundzadə, 68).
Qollar: Mak Alister, 15 (1:0). Virts, 21 (2:0). Salah, 49 (3:0). Ekitike, 57 (4:0). Mak Alister, 61 (5:0). Kyeza, 90 (6:0).

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09