Tarix təkrarlandı: “Qarabağ” və “Sabah” duelində növbəti 3:3-lük bərabərlik
Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutan “Qarabağ” – “Sabah” (3:3) qarşılaşması ölkə çempionatlarının tarixinə düşüb. Bu oyunla birlikdə, çempionat tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu heç-heçə qeydə alınıb.
Statistik göstəricilər və rekordlar
1992-ci ildən bəri keçirilən müstəqil ölkə çempionatlarında yüksək məhsuldarlıqlı heç-heçələrin mənzərəsi belədir:
6:6 hesabı: 1 dəfə
4:4 hesabı: 1 dəfə
3:3 hesabı: 16 dəfə
Eyni rəqiblər, eyni hesab, eyni tarix
Bu qarşılaşmanı xüsusi edən əsas məqam isə ilk dəfə eyni cütlüyün iştirak etdiyi oyunda yenidən belə məhsuldar heç-heçənin qeydə alınmasıdır. Maraqlıdır ki, “Köhlən atlar” ilə “Bayquşlar” arasındakı dueldə 3:3 hesabı ötən mövsüm də təkrarlanmışdı. 2024-cü il fevralın 11-də, yenə Tofiq Bəhramov adına Respublika Stadionunda və məhz 22-ci turda tərəflər 3:3 hesablı bərabərliyə imza atmışdılar.
Bu nəticə həm də klubların şəxsi statistikasında yeni rəqəmlərlə yadda qalıb: “Sabah” Premyer Liqa tarixində 4-cü dəfə yüksək məhsuldarlıqlı heç-heçə edərək bu sahədə “Kəpəz” və “Turan”ın rekorduna şərik olub.Maraqlıdır ki, Ağdam təmsilçisi çempionat tarixində yalnız “Sabah”la oyunlarda 3 və ya daha çox qol vurub-buraxaraq xalları yarı bölüb.
QARABAĞ – SABAH 3:3 (0:1)
Qollar: Xəyal Əliyev, 13 (0:1), Maluda, 54 (0:2), Mikkels, 60 (0:3), Bikalyo, 73 (1:3), Medina, 78 (2:3), Qurbanlı, 84 (3:3)
Baş hakim: Tural Qurbanov.
Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev (Toral Bayramov, 76), Abdulla Zubir (k) (Emmanuel Addai, 80), Kevin Medina, Marko Yankoviç (Leandro Andrade, 63), Mateus Silva, Coni Montiel, Dani Bolt, Aleksey Kaşuk (Musa Qurbanlı, 62), Pedro Bikalyo, Kamilo Duran.
Sabah: Stas Pokatilov (k), Aleksey İsayev (Abdulla Xaybulayev, 79), Umarali Raxmonaliyev, Xəyal Əliyev (Coy-Lens Mikkels, 46), Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Aaron Maluda (Kahim Parris, 79), Stiv Solve.
Sarı vərəqələr: Medina, 2. Noqeyra, 23. Solve, 31. Əliyev, 90+7. Silva, 90+9. Qurbanlı, 90+9.