Libertadores Kubokundan incilər: Eks-Qarabağlı ilə çempion olan “Flamenqo”, dağlardan izlənən final və daha nələr

01.12.25 | 20:07
Dünya futbolu

Barziliya “Flamengo”su son altı ildə üçüncü dəfə Libertadores Kubokunu qazandı. “Fla” finalda əvvələr “Yuventus”, “Real” və “Mançester Siti”nin formasını geyən Danilonun yeganə qolu sayəsində Braziliyanın digər klubu “Palmeyras”ı məğlub etdi. Bununla da bu yaxınlarda BMT-yə klubu və özlərini ayrı bir millət kimi tanımaq üçün müraciət etdən on minlərə “Flamenqo” fanatı Perunun paytaxtı Limada sevimli komandalarının tarixi qələbəsini izlədi.

Həmin axşam bəzi “Flamenqo” azarkeşləri finala bilet almadıqları üçün yaxınlıqdakı bir dağın zirvəsinə qalxıb matçı oradan izləyiblər və hətta bu mənzərə oyunun canlı yayımında da göstərilib.

Gecənin qəhramanı 15 yaşlı perulu Pol Deportes olub. “Monumental” stadionu yaxınlığındakı bir dağdan Libertadores Kuboku finalının yayımını təşkil etməklə Cənubi Amerika ulduzuna çevrilib. Matça bilet ala bilməyən gənc oğlan dostları və izləyicilər üçün quş uçuşu səviyyəsindən oyunu şərh etmək qərarına gəlib.

Braziliya mediası klubun Libertadores Kubokundakı qələbəsini qeyd etmək üçün keçirilən paradda 500.000 “Flamenqo” azarkeşinin iştirak etdiyini bildirib. Komanda avtobusunu gözləyən insanlar 30°C temperaturda bir neçə saat çöldə vaxt keçirməli olublar.

Finalla bağlı bəzi maraqlı faktlarıda sizlərlə bölüşmək istərdik. İlk öncə qalib komandanın heyətində “Qarabağ”ın sabiq oyuçusu Juninyo da vardı. Xatırladaq ki, 2023-cü ilin yayında Portuqaliya “Çaveş”indən 450 min avroya Ağdam klubuna transfer edilən yarımmüdafəçi bu ilin yanvarında “Flamenqo”ya keçib. Braziliyalılar onun transferinə görə 5 mln avro təzminat ödəməli olublar. Onu da qeyd edək ki, Juninyo Libertadores kubokunda 5 oyunda üst-ustə 188 dəqiqqə meydanda olub və bir qol vurub. Turnirin pley-off mərhələsində isə yalnız finalda 5 dəqiqə oynayıb.

“Flamenqo”nun digər oyunçusu Jorjinyo isə futbol tarixinə Çempionlar Liqası, Avropa Çempionatı və Libertadores Kubokunu qalibi olan ilk oyuçu kimi düşüb. 33 yaşlı italiyalı dayaq yarımmüdafiəçi “Arsenal”da üç kuboksuz mövsümdən sonra dünən gecə “Flamenqo”da qələbə sevincini yaşadı.

“Mançester Yunayted” akademiyasının məzunu Andreas Pereyranin Braziliyanın ən uğursuz futbolçularında biri desək yanılmarıq. 2021-ci ildə “Flamenqo”nun heyətində oynayarkən komandası Libertadores Kubokunun finalında “Palmeyras”a məğlub olub. Bu il isə əksinə finalda “Palmeiras”ın formasında “Flamenqo”ya uduzdu.

İki dəfə oyunçu kimi “Flamenqo” ilə Libertadores Kubokun qazanan (2019 və 2022) Filipe Luis bu dəfə bunu baş məçqçi kimi bacardı. Yeri gəlmişkən, yayda Braziliya mətbuatı “Atletiko” rəhbərliyinin onu Dieqo Simeonenin varisi kimi gördüyünü yazırdı.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03