Liberknehtdən Mahir Əmreli anonsu: “O, bizim əsas silahımızdır”

22.02.26 | 13:44
Ölkə futbolu

“Qroyter Fürt” üzərində qazanılan çətin qələbədən sonra, “Kayzerslautern” bu gün turnir cədvəlinin alt sıralarında yer alan “Proysen Münster”lə qarşılaşacaq. Komandanın baş məşqçisi Torsten Liberkneht bu matçda ciddi rotasiyalara əl atacağını və azarkeşlərin böyük maraqla gözlədiyi Mahir Əmrelini yenidən yaşıl meydanlara qaytaracağını istisna etməyib.

Klubun hücum xəttində vəziyyət ürəkaçan deyil. Mergim Berişa və İvan Prtainin ciddi zədə səbəbindən uzun müddət sıradan çıxması, baş məşqçini çətin seçim qarşısında qoyub. “Fürt”lə matçda şans verilən Marlon Ritter etimadı tam doğrulda bilmədiyi üçün, bu dəfə Naatan Skittanın ilk dəqiqələrdən meydana çıxacağı gözlənilir. Lakin bu kadr çatışmazlığı fonunda əsas ümid yeri məhz millimizin forvardı Mahir Əmrelidir.

Yaz aylarında transfer olunan, lakin əzələ zədəsi səbəbindən uzun müddət komandadan ayrı düşən Mahirin bərpa prosesi artıq yekunlaşıb. Baş məşqçi Torsten Liberkneht futbolçumuzun son durumunu belə şərh edib: Mahir artıq tam gücü ilə məşqlərə qatılırÖtən həftə zərbə anlarında bir qədər ehtiyatlı və tərəddüdlü görünürdü ki, bu da ağır zədədən sonra təbiidir. Lakin son məşqlərdə bu qorxunun tamamilə yox olduğunu müşahidə edirik. O, hazırda hücum xətti üçün bizim əsas seçimlərimizdən biridir.”

Məşqçi onu da əlavə edib ki, Mahirin fiziki durumu ilə yanaşı, psixoloji hazırlığı da önəmlidir: “Onunla açıq şəkildə danışmalıyıq. Uzun fasilədən sonra dərhal 100 faizlik forma bərpa etmək asan deyil. Onun özünü sahədə nə qədər ‘rahat’ hiss etməsi hər şeyi həll edəcək”.

Mahir Əmrelinin bazar günü keçiriləcək matçda start heyətində yer alıb-almayacağı son saatlarda dəqiqləşəcək. Lakin görünən odur ki, “Kayzerslautern”in qol yollarındakı əsas ümidi məhz təmsilçimizdir.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11