“Sabah” futbol klubu serbiyalı hücumçu Neqoş Kupusoviçlə müqaviləsinə xitam verib.
Klubun yaydığı rəsmi məlumata görə, 2027-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib. Qeyd edək ki, 2024-cü ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Kupusoviç, komandanın hücum xəttində yer alırdı.
Xatırladaq ki, bu, “Sabah”da son günlərin yeganə ayrılığı deyil, bir müddət əvvəl bosniyalı müdafiəçi Boyan Letiç də komandadan ayrılmışdı.