“Kəpəz”in baş məşqçisi: “Çox bəsit qollar buraxdıq, bu, üzücüdür”

15.02.26 | 19:37
Ölkə futbolu

“Kəpəz”in baş məşqçisi Azər Bağırov, Premyer Liqanın 20-ci turunda “Neftçi”yə məğlubiyyətdən (1:3) sonra fikirlərini bölüşüb.

• Oyunun gedişatı: “Təəssüf ki, ilk hissədə planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Çox bəsit qollar buraxdıq. Bu, üzücüdür. Daha ciddi və məsuliyyətli olmalıyıq”.

• Qapıçı məsələsi: “Hər oyundan əvvəl məşqçilər ilə heyəti, xüsusən də qapıçı mövqeyini müzakirə edirik. Bu gün Yusif İmanov səhvlərə yol verdi. “Turan-Tovuz”la matçda da səhvi olmuşdu. Təhlil edib, yekun qərarımızı verəcəyik”.

• Heyət və transferlər: “Yuri Vernidubla bir ukraynalı məşqçi barədə danışmışıq. Oxoriyə gəlincə, gözündə problem olduğu üçün ona istirahət verdik. Rəhbərliklə heç bir problemimiz yoxdur, hər şey qaydasındadır”.

• Bentonun gedişi: “Qış fasiləsində Bentonun gedişi bizə ciddi təsir etdi. Sadəcə 3 ay üçün legioner gətirə bilmirik. Amma əminəm ki, “Kəpəz” Premyer Liqada qalacaq”.

• Rəqiblərlə müqayisə: “Hər oyunda “Kəpəz”in xal qazanacağını gözləyənlərə sualım var: bəyəm bizim imkanlarımız “Neftçi” və ya “Sabah”la eynidir? Vitora həyat yoldaşının doğuşu ilə əlaqədar Braziliyaya getməyə icazə verdik. Eyni addımı Bento üçün də ata bilərdik, lakin o, icazəsiz getdi və komandanı çətin vəziyyətdə qoydu. Klubun ona heç bir borcu yoxdur”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58