Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03
Ölkə futbolu

Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutan “Turan-Tovuz” – “Sumqayıt” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gərgin keçən matçdan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb, komandasının çıxışını və gələcək perspektivlərini dəyərləndirib.

Təcrübəli mütəxəssis ilk növbədə üç xalın əhəmiyyətini vurğulayaraq, futbolçuların üzərindəki psixoloji gərginliyə toxunub: “Bizim üçün çox vacib qələbə idi. İlk dəqiqələrdən futbolçularda müəyyən həyəcan hiss olunurdu. Şükürlər olsun ki, bu gərginliyə rəğmən qalib gəlməyi bacardıq”.

Oyunun ikinci hissəsində yaranan riskli vəziyyəti şərh edən Berdıyev, hesabda önə keçdikdən sonra komandada müdafiə meyillərinin artdığını bildirib: “2:0-lıq üstünlükdən sonra əsas məqsədimiz hesabı qorumaq idi. Bu ərəfədə qapımızda qol gördük. Sevindirici haldır ki, oyun 2:2-lik bərabərliklə yekunlaşmadı və qələbəni əldən vermədik”.

Tovuz şəhər stadionunun ot örtüyünün vəziyyətindən razılığını ifadə edən baş məşqçi, klub rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib: “Meydançanın vəziyyəti çox yaxşı idi. Ümid edirik ki, həmişə belə yüksək səviyyədə qalacaq. Süni örtükdə oynamaq hər zaman çətindir, ona görə də belə şərait yaratdığı üçün klub prezidentinə təşəkkürümü bildirirəm”.

“Qarabağ”la xal fərqinin 4-ə enməsi və komandanın turnir cədvəlindəki mövqeyi barədə danışan Berdıyev, strateji yanaşmasını qoruyub: “Biz bu barədə əvvəllər də danışmışıq. Hazırda bizim üçün ən vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir, biz sadəcə addım-addım irəliləməliyik”.

Avropa arenalarına hazırlıq məsələsinə gəlincə, mütəxəssis heyətin gücləndirilməsinin vacibliyini qeyd edib: “Avrokuboklara hazırlıq dərəcəsini indidən demək çətindir. Bu, birbaşa heyətin necə və kimlərlə güclənəcəyindən asılıdır. Hazırda bu barədə müzakirələr aparsaq da, hələ hədəfə tam çatmamışıq. Əgər vəsiqə qazansaq, təbii ki, ev oyunlarımızı doğma Tovuzda, öz azarkeşlərimiz önündə keçirməyi çox istəyərik”.Mövsümün sonunda müqaviləsi başa çatacaq Berdıyev Tovuzdakı gələcəyi ilə bağlı suala qısa və net cavab verib: “Mən hazırkı şərtlərdən tam razıyam. Lakin müqavilənin müddətinin artırılması ilə bağlı son qərar klub prezidentinə məxsusdur”.

Paylaş:

Xəbər Lenti

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34