Kabo Verdinin ardından daha bir ada dövləi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır. Bu ərazisi 444 км² (dünyada 222-ci), əhalisinin sayı 152 minə yaxın olan və Şimali Amerikada yerləşən Kürasaodur. Məşhur holland məşqçi Dik Advokatın çalışdırdığı Kürasao yığması 3-cü turda gözlənilmədən bunadək bütün rəqiblərini asanlıqla yenən Yamaykanı 2:0 hesabı ilə məğlub ediblər. Hazırda hesabında 7 xal olan kürasaolular A qrupunda lideridi. KONKAKAF zonasından mundiala qrup qalibləri ilə yanaşı ikinci yeri tutanlardan yaxşı nəticəyə malik olan iki yığma da vəsiqə qazanacaq.