DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Avropa zonasında növbəti oyunlar keçirilib. Günün oyunlarından yeganə gözlənilməz nəticəni Kosovo hədiyyə etdi. Albanlar səfərdə İsveçi minimal hesabla məğlub etdi. Qazaxıstan millisi Makedoniya səfərindən xalla qayıdıb. Almaniya isə səfərdə qələbə qazanaraq qrupdan çıxmaq imkanlarını daha da yaxşılaşdırıb.
A qrupu
Şim. İrlandiya – Almaniya 0:1
N. Voltmeyda, 31
Slovakiya – Lüksemburq 2:0
A. Obert, 55. İ. Şrants, 72

B qrupu
Sloveniya – İsveçrə 0:0
İsveç – Kosovo 0:1
F. Asllani, 32

D qrupu
İslandiya – Fransa 2:2
V. Palsson, 39. K. Hlinsson, 70 – Nkunku, 63. J. Mateta, 68
Ukrayna – Azərbaycan 2:1
Qutsulyak, 30. Malinovski, 64 – N. Axundzadə, 45+3

J qrupu
Şim. Makedoniya – Qazaxıstan 1:1
E. Bardi, 74 – D. Karaman, 54
Uels – Belçika 2:4
C. Rodon, 8. N. Brodhed, 89 – K. De Brüne, 18-p.; 76. T. Mönye, 24. L. Trossard, 90.

Bu gün seçmə turnirində daha səkkiz görüş keçiriləcək. Bu oyunlardn ən böyük maraq doğuran Türkiyə – Gürcüstan matçının olduğunu söyləsək yanılmarıq.
20:00 Estoniya – Moldova
22:45 Andorra – Serbiya
22:45 İspaniya – Bolqarıstan
22:45 İtaliya – İsrail
22:45 Latviya – İngiltərə
22:45 Portuqaliya – Macarıstan
22:45 Türkiyə – Gürcüstan