“Köhlən Atlar” üçün həyəcan siqnalı: rəqib psixoloji səddi aşdı

15.02.26 | 18:31
Ölkə futbolu

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Nyukasl” hazırda İngiltərə mətbuatının gündəmini zəbt edib. “Sağsağanlar” İngiltərə kubokundakı qalmaqallı hakim qərarları ilə üzləşsələr də, iradəli qələbə qazanaraq bütün diqqətləri üzərlərinə çəkməyi bacarıblar.

VAR-sız qalan hakimlərin “iflası”

İngiltərə kuboku çərçivəsində keçirilən “Aston Villa” ilə matç “Nyukasl” üçün əsl iradə sınağına çevrilib. VAR sisteminin tətbiq olunmadığı qarşılaşmada baş hakim Kris Kavanaqın verdiyi qərarlar “Dumanlı Albion”un futbol ictimaiyyətini ayağa qaldırıb.

Xüsusilə Lukas Dinyenin cərimə meydançasında Kiran Trippyerin ötürməsini açıq şəkildə əllə kəsməsinə hakimin göz yumması böyük etiraza səbəb olub. “Nyukasl”ın müdafiəçisi Den Bernin emosiyalarını cilovlaya bilməyərək hakimə “O, hələ də lənətə gəlmiş meydançadadır!” deyə qışqırması matçdakı gərginliyin pik nöqtəsi olub.

Əfsanələrin sərt reaksiyası: “Gördüyüm ən pis qərar”

İngiltərə futbolunun simalarından olan Ueyn Runi bu epizodu sərt şəkildə tənqid edib:“Lukas Dinye ilə bağlı vəziyyət futbol tariximdə şahid olduğum ən bərbad hakim qərarlarından biridir”.

Klubun əfsanəsi Alan Şirer isə texnologiyanın hakimləri “tənbəlləşdirdiyini” vurğulayıb:“Bu gün VAR-ın hakimlərin peşəkarlığına vurduğu ziyanın əyani sübutunu gördük. Onlar arxalandıqları ‘təhlükəsizlik yorğanı’ (VAR) olmayanda qərar verməyə qorxurdular”.

“Qarabağ” üçün ciddi siqnal

Rəqib qapıçısı Marko Bizotun kobud foluna və Temmi Abrahamın ofsayddan vurduğu qola baxmayaraq, “Nyukasl” sınmayıb. “Sağsağanlar” xarakter nümayiş etdirərək 1/8 finala yüksəlməyi bacardılar. Matç Eddi Haunun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, təmsilçimiz “Qarabağ” üçün ciddi mesajdır: Eddi Haunun komandası təkcə texniki hazırlığı ilə deyil, həm də meydandakı ədalətsizliyə və psixoloji təzyiqlərə qarşı mübarizə aparmaq əzmi ilə seçilir. Bakıdakı və ya səfərdəki qarşılaşmada “Köhlən atlar”ın qarşısında hər cür çətinliyə rəğmən qalib gəlməyi hədəfləyən, psixoloji cəhətdən polad kimi möhkəm bir “Nyukasl” olacaq.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09