Avrokuboklarda növbəti oyun günü bir neçə sürpriz nəticə və yadda qalan qollarla diqqət çəkib. Turnirin favoritləri növbəti mərhələyə yüksəlmək yolunda mühüm qələbələr qazanaraq iddialarını möhkəmləndiriblər.
Günün ən səs-küylü nəticəsinə Yunanıstan təmsilçisi AEK imza atıb. Sloveniyada “Çele”nin qonağı olan afinalılar meydan sahiblərini darmadağın ediblər. Rəqib qapısından 4 cavabsız top keçirən AEK, cavab oyunu öncəsi mərhələnin taleyini böyük ölçüdə həll edib.
Ukraynanın “Şaxtyor” klubu Polşa səfərində “Lex” üzərində vacib qələbə qazanaraq azarkeşlərini sevindirib. Marlon Qomes və Nevertonun qolları ilə önə keçən “mədənçilər” üstünlüklərini sona qədər qoruya biliblər. Matçın ən yadda qalan anı qonaqların braziliyalı legioneri İsxakın akrobatik “qayçı” zərbəsi ilə vurduğu möhtəşəm qolu olub.
İspaniyanın “Rayo Valyekano” klubu Türkiyə səfərindən inamlı qələbə ilə dönüb. Alemaonun dublu ispanlara doğma meydandakı cavab qarşılaşması öncəsi ciddi üstünlük və rahatlıq təmin edib.
İtaliyada “Fiorentina” doğma azarkeşləri önündə çətin anlar yaşasa da, son dəqiqələrdə qələbəni qoparmağı bacarıb. N`Durunun uzaq məsafədən vurduğu “raket” kimi qol və Qyudmyundssonun 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməsi “bənövşəyilər”ə 2:1 hesablı dramatik qələbə gətirib.
Hollandiyada isə “Alkmaar” irlandiyalı forvardı Troy Parrottun parladığı matçda “Sparta”nı məğlub yola salıb. Parrottun dizlə vurduğu qeyri-adi qol qarşılaşmanın həlledici məqamı kimi tarixə düşüb. Fransanın “Strasburq” səfərdə “Riyeka”nı yenərək (2:1), evə üstünlüklə dönüb.
Konferrnsiya Liqası. 1/8 final, ilk oyunlar
Alkmaar (Niderland) – Sparta (Çexiya) 2:1
Parrott, 29; 87 – Voyta, 50
Samsunspor (Türkiyə) – Rayo Valekano (İspaniya) 1:3
Marius, 21 – Alemao, 15; 78. Qarsiya, 40.
Lex (Polşa) – Şaxtyor (Ukrayna) 1:3
İşak, 70 – Marlon Qomes, 36. Neverton, 48. İsxak, 85.
Riyeka (Xorvatiya) – Strasbur (Fransa) 1:2
Maystroviç, 76 – Paniçelli, 2. Qodo, 72.
Kristal Pelas (İngiltərə) – AEK Larnaka (Kipr) 0:0
Siqma Olomouts (Çexiya) – Maynts (Almaniya) 0:0
Fiorentina (İtaliya) – Rakov (Polşa) 2:1
N`Dur, 62. Qyudmyundsson, 90+3-pen. – Brunes, 60.
Çele (Sloveniya) – AEK (Yunanıstan) 0:4
Varqa, 3. Koyta, 33. Qaçinoviç, 36. Mukudi, 49.