“Sumqayıt” klubu hücumçu Aleksandr Ramalinqomun 3 oyunluq diskvalifikasiyası ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməmək qərarına gəlib. “Kimyaçılar” bu addımı mənasız hesab edir. Buna səbəb kimi isə əvvəlki müraciətlərin heç bir müsbət nəticə verməməsi göstərilir.
Qeyd edək ki, klub sonuncu dəfə analoji quruma mövsümün ilk yarısında müraciət etmişdi. Həmin vaxt baş məşqçi Saşa İliçin 4 oyunluq cəzasının azaldılması istənilsə də, müraciət təmin olunmamışdı.
Xatırladaq ki, Ramalinqom Premyer Liqanın 20-ci turunda “Araz-Naxçıvan”la qarşılaşmada birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.