Keçmiş aşpazı Neymarı məhkəməyə verildi

06.03.26 | 22:46
Dünya futbolu

Braziliyalı ulduz futbolçu Neymar bu dəfə yaşıl meydanlardakı performansı ilə deyil, şəxsi həyatındakı hüquqi müstəvidə baş qaldıran qalmaqalla gündəmə gəlib. Futbolçunun Rio-de-Janeyronun Manqaritiba bölgəsindəki malikanəsində çalışan keçmiş aşpazı, əmək hüquqlarının kobud şəkildə pozulması iddiası ilə məhkəməyə müraciət edib.

İddia: Müqavilədən Kənar Ağır İş Rejimi

Məhkəməyə təqdim edilən sənədlərə əsasən, aşpaz qadın sutkada 16 saata qədər davam edən qeyri-insani iş rejiminə məruz qaldığını bildirir. Müqaviləyə görə iş saatları həftəiçi saat 07:00-dan 17:00-dək müəyyən edilsə də, reallıqda bu qrafikə heç vaxt əməl olunmayıb. İddiaçı, orta hesabla gündə 14 saatdan çox çalışdığını, bəzən isə iş gününün gecə yarısına qədər uzandığını vurğulayır. Xüsusilə Neymarın dostları üçün təşkil edilən və qonaq sayının 150 nəfərə çatdığı məclislərdə iş yükünün dözülməz həddə çatdığı qeyd olunur.

İddia sənədində aşpazın üzərinə qoyulan öhdəliklərin təkcə kulinariya ilə məhdudlaşmadığı, həm də ağır fiziki əmək tələb etdiyi bildirilir.

Maliyyə detalları göstərir ki, tərəflər arasında rəsmi maaş təxminən 4 min real (650 avro) olsa da, əlavə öməkhaqqı ilə bu məbləğ 7,5 min reala (1225 avro) çatıb. Lakin vəkillərin iddiasına görə, işçi qanuni istirahət hüququndan məhrum edilib. Belə ki, qadın kağız üzərində fasilədə göründüyü halda, faktiki olaraq işinə davam etməyə məcbur edilib.

Hazırda aşpaz, Neymar və müvafiq podratçı təşkilatdan ümumilikdə 262 min real (təxminən 43 min avro) təzminat tələb edir.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48