Qazaxıstan yığmasının qapıçısı Temirlan Anarbekovun Çempionlar Liqasının təsnifat mərhələsində “Seltik”ə qarşı sərgilədiyi oyun türkiyəli fanatların sosial şəbəkədə geniş müzakirəsinə səbəb olub. Xatırladaq ki, Almatı qarşılaşmasında qol buraxmayan Anarbekov penaltilər seriyasında şotlandların üç zərbəsini dəf etməyi bacarmışıdı. Bununla da “Kayrat” tarixində ilk dəfə ÇL-in əsas mərhələsinə vəsiqə qazanmışdı. Türkiyəli azarkeşlər sosial şəbəkələrdə qazax qolkiperi Superliqa klublarında görmək arzusunda olduqlarını yazıblar. X sosial şəbəkəsinə baş vuran türk fanatlar “Qalatasaray” və “Trabzonspor” rəhbərliyini Tamerlana diqqət yetirməyə çağirıblar. Bəziləri isə “Qalatasaray”a maraq dairəsində olan gənc qolkiper belçikalı Senne Lammenə 25 milyon ödəməkdənsə 5 milyona Anarbekovu transfer etməyi məsləhət görürlər.