Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda doğma meydanda “İmişli”yə minimal hesabla (0:1) məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib. Təcrübəli mütəxəssis komandasının turnir cədvəlindəki ağır vəziyyəti, transfer siyasəti və azarkeşlərin narahatlığı barədə danışıb.

Məğlubiyyəti “çox acı təəssürat” kimi qiymətləndirən Tsxadadze, rəqibin oyun üslubuna hazırlıqlı olduqlarını bildirsə də, ehtiyatsızlığın qurbanı olduqlarını vurğulayıb: “Hamı bilir ki, İmişli böyük qüvvə ilə müdafiə olunan komandadır. Onlar rəqibin səhvlərini gözləyir və bundan maksimum yararlanmağı bacarırlar. Təəssüf ki, standart vəziyyət zamanı diqqətsizlik etdik və qapımızda qol gördük. Oyunboyu topa nəzarət bizdə idi, rəqib cərimə meydançasına daxil olurduq, lakin hücumların son nöqtəsini qoya bilmədik”.

Baş məşqçi komandanın hazırkı heyət komplektləşdirilməsi ilə bağlı tənqidlərə də aydınlıq gətirib. O, I liqada çempion olan heyətin 95%-ni qoruyub saxlamağın bir tərəfdən mənəvi borc, digər tərəfdən isə riskli addım olduğunu etiraf edib: “Birinci Liqanı 17 xal fərqlə çempion bitirdikdən sonra həmin heyəti tamamilə dağıdıb yerinə legionerlər gətirmək nə dərəcədə doğru olardı? Biz bizə çempionluq yaşadan futbolçulara şans verməyi üstün tutduq. İndi kimsə İmişlinin bizdən üstün oynadığını desə, razılaşmaram. Onlar oyun ərzində cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldular. Sadəcə, bəxt amili də bizdən üz döndərib”.

“Qəbələ”nin bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladan gürcü mütəxəssis, hazırkı reallığın fərqli olduğunu qeyd edib: “Azarkeşlərin nə hisslər keçirdiyini çox yaxşı başa düşürük. ‘Qəbələ’ kimi klubun bu durumda olması hamını narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Premyer Liqada qalmaq üçün var gücümüzlə vuruşacağıq. 20-30 ildir məşqçiliklə məşğulamm. Əgər bir işin altına girmisənsə, onu sonadək çatdırmalısan”.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20