Kaşukun dərsi, Nərimanın problemi

06.11.25 | 13:38
Ölkə futbolu

“Qarabağ”ın uğurlu çıxışı fonunda gənc hücumçu Nəriman Axundzadə sürəkli tənqid olunur. “Çelsi” ilə oyunda da tribunalarda onun ünvanına durmadan tənqidlər səslənirdi. Ədalət naminə deyək ki, Axundzadə sonradan meydanda olduğu müddətdə sönük görünür və ümumi ansambldan kənarda qalan oyunçu təsiri bağışlayırdı. Bu baxımdan keçən dəfə “Atletik”lə oyunda ona haqq qazandıran yazı yazsaq da, bu dəfə bunu edə bilmirik. Çünki, müqayisə üçün meydanda daha bir nümunə var idi. Nərimandan az sonra oyuna daxil olan Aleksey Kaşuk dərhal hadisələrin mərkəzində olmağı bacardı, bir neçə dəfə boş zonaya çıxaraq ötürməni qəbul etdi, kəskin vəziyyətlərin yaranmasında birbaşa iştirak etdi. Nərimanın sanki yuxudan yenicə durmuş görkəmi fonunda Kaşuk fəal idi və orta xətlə ön xətti birləşdirən zəncir rolunu oynaya bildi. Hesabın qorunmasında Kaşukun bu taktiki savadı da əhəmiyyətli rol oynadı. Ötən oyundan sonra Nərimanla bağlı tənqidlərə cavab verən baş məşqçi Qurban Qurbanov onun nöqsanlarını yaşa bağladı, amma bu doğru yanaşma deyildi. Görünür, Qurbanov yaşdan başqa ciddi arqument tapa bilmədiyi üçün bu cavabı verib. Çempionlar Liqasında 15-16 yaşlı oyunçuların qol vurub parladığı bir dövrdə 21 yaşlı futbolçuya “hələ dəyməyin uşaqdır” yanaşması yanlışdır. Müasir futbolda, özü də “Qarabağ” kimi klubda mütəmadi oynayan biri artıq tələblərə cavab verməlidir. Demirik ki, Bukoyo Saka, Rayan Çerki olsun. Heç olmasa Elvin Cəfərquliyev, Toral Bayramov və Bəhlul Mustafazadə səviyyəsində oynamalıdır. Çünki, Qurbanovdan etimad da qazanıb. Amma hələ ki, alınmır və “Çelsi” ilə oyunda Kaşukla müqayisəli analiz və müşahidələr onu deməyə əsas verir ki, Nərimanın problemi taktiki savadsızlığıdır. Fiziki cəhətdən yaxşıdır, onsuz da Azərbaycan futbolçuları fiziki göstəricilərə görə aşağı-yuxarı eyni olur. Amma Nərimanda ciddi taktiki savadsızlıq var. Nə zaman hücumçu kimi açılmağı, nə zaman geriyə duşu komandaya fayda verməyi özü üçün müəyyən edə bilmir. Boş zonaya çıxıb top istəmək lazım olanda yerində qalır,  rəqib hücum edərkən lazımi zonanı bağlayıb orta sahəni sığortalamır, topsuz qaldığı anlarda əziyyəti dəyişmək istəyi ya bacarığı nümayiş etdirmir və s. Bəzi epizodlarda rəqib hücum edəndə Nəriman orta sahədə birinci dalğanı qəbul etmək əvəzinə hücumçu kimi özünə mövqe seçməyə çalışır və önündən keçən hücum dalğasına seyrçi qalır. Bütün bunlar uşaq futbol məşqçilərinin aşılamalı olduğu vərdişlərdir. 21 yaşında futbolçu artıq o vərdişlərə sahib olmalı idi. Təəssüf ki, uşaq futbolunda olan problemlər Nəriman kimi potensiallı “materialı” qızıla çevirməyə imkan vermir.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09