Ötən mövsümkü heyətdən daha bir oyunçu komandada qaldı
Bu mövsümdən Premyer-Liqada çıxış edəcək Yevlaxın “Karvan” klubu heyətini sabitləşdirməkdə davam edir. Klub müdafiəçi Əli Abdullayevlə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Abdullayevötən mövsüm “Karvan”ın yüksək liqaya çıxmasından əsas rol oynayanlardan biri olub. O, Birinci Liqada 25 oyunda meydana çıxmışdı.
Bununla da “Karvan” ötən mövsümün uğurlu heyətinin söz sahiblərini saxlamağa və sabit heyətlə Premyer Liqa mübarizəsinə qoşulmağa hədəflidir.