Karrik erası: “Mançester Yunayted” “Siti”dən sonra “Arsenal”ı da devirdi!

26.01.26 | 11:18
Dünya futbolu

Ötən həftə “Mançester Siti” üzərində qələbə qazanan “Mançester Yunayted”, yüksəlişini davam etdirir. Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən səfər qarşılaşmasında “qırmızı şeytanlar” Londonun “Arsenal” klubunu 3:2 hesabı ilə məğlub edib. Maykl Karrikin rəhbərliyi altında inamlı oyun nümayiş etdirən Mançester təmsilçisi, bu çətin sınaqdan da 3 xalla ayrılmağı bacarıb.

“Emireyts” stadionunda baş tutan matçda hesab 29-cu dəqiqədə açılıb — Lisandro Martinesin öz qapısına vurduğu qol meydan sahiblərini önə keçirib. Lakin qonaqlar ruhdan düşməyərək təzyiqi artırıb və 37-ci dəqiqədə Brayan Mbeumonun qolu ilə tarazlığı bərpa ediblər (1:1).

İkinci hissəyə daha sürətli başlayan “Yunayted”, 50-ci dəqiqədə Patrik Dorqunun dəqiq zərbəsi ilə hesabda önə keçib. Oyunun son dəqiqələri isə əsl dram janrında keçib. 84-cü dəqiqədə Mikel Merino “topçular”ın bərabərlik qoluna imza atsa da, London azarkeşlərinin sevinci cəmi 3 dəqiqə sürüb. 87-ci dəqiqədə Mateus Kunya son nöqtəni qoyaraq “Mançester Yunayted”ə möhtəşəm qələbə qazandırıb.

Maykl Karrikin gəlişindən sonra ardıcıl iki böyük qələbə qazanan “Yunayted”, məğlubiyyətsizlik seriyasını 6 oyuna çatdırıb. Hazırda 38 xalla 4-cü pillədə qərarlaşan Mançester təmsilçisi Çempionlar Liqası iddiasını gücləndirib. 7 oyundan sonra ilk məğlubiyyətini alan “Arsenal” isə 50 xalla hələ də turnir cədvəlinə başçılıq edir.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11