Ölkəmizin iki karateçisi Mədinə Sadıqova və Roman Heydərov (kata) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Muaytay yarışlarında isə iki döyüşçümüz 1/4 finala vəsiqə qazanıb. 60-65 kq çəki dərəcəsində Xəyal Əliyev misirli rəqibi Hüsnü Fəhmi Sayedini nokautla məğlub edib. 65–70 kq çəki dərəcəsində isə Səlahəddin Qocazadə yəmənli Aiham Ahmed Abdo Alavadhini 1-ci raundda texniki nokautla yenib.