Kamplın duyğulu vidası: 8 illik karyeraya simvolik nöqtə

19.01.26 | 15:27
Dünya futbolu

Bundesliqasının “Leypsiq” – “Bavariya” matçı öncəsi meydanda nadir rast gəlinən emosional anlar yaşanıb. “Leypsiq”in təcrübəli futbolçusu Kevin Kampl stadiona toplaşan azarkeşlərlə vidalaşıb.

8.5 illik sədaqətin sonu

Bu həftə şəxsi səbəblərdən dolayı klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edən Kampl, 8,5 illik karyerasına nöqtə qoyub. Oyunun start fitindən əvvəl mikrofona yaxınlaşan futbolçu, illər boyu ona göstərilən dəstəyə görə fanatlara təşəkkür edib. O, “Leypsiq”in onun üçün əsl evə çevrildiyini və həm bir oyunçu, həm də bir insan kimi bu sevgini yüksək qiymətləndirdiyini vurğulayıb.

Simvolik rəqəm: 4444 litr

Kampl azarkeşlərin sədaqətinə jest olaraq, matçdan əvvəl onlara 4444 litr pulsuz pivə paylayıb. Bu rəqəmin seçilməsi təsadüfi deyil. Belə ki, futbolçu karyerası boyu “Leypsiq”də çıxış etdiyi 44 nömrəli formaya ithafən bu miqdarda qərar verib.

Bu addım həm azarkeşlər, həm də Almaniya mətbuatında böyük rəğbətlə qarşılanıb və Bundesliqa tarixinə ən yaddaqalan vidalaşma anlarından biri kimi düşüb.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47