Premyer Liqasında təmsilçisi “Kəpəz” heyətini yeni legionerlə gücləndirmək niyyətindədir. Məlumata görə, Gəncə təmsilçisi 2025-ci ildən Gürcüstanın “Kolxeti-1913” klubunun əsas heyət oyunçularından biri olan Dito Paçuliya ilə danışıqlar aparır. 23 yaşlı vingerin artıq keçidə razılıq verdiyi bildirilir. Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənil
Qeyd edək ki, “Saburtalo” futbol akademiyasının yetirməsi olan Paçuliya karyerası ərzində “Samtredia” və Batumi “Dinamo”su kimi klublarda da çıxış edib. Gənc yaşlarında Gürcüstanın U-18 yığmasına dəvət alıb. “Transfermarkt” portalına görə, sağ cinah hücumçusunu bazar dəyəri təxminən 200 min avro civarında qiymətləndirilir.