Joze Mourinyo tənqidlərə cavab verdi: “Sonuna qədər Mourinyo olaraq qalacağam”

14.01.26 | 22:45
Dünya futbolu

“Benfika”nın baş məşqçisi Joze Mourinyo karyerasını qiymətləndirib. “A Bola” nəşrinin verdiyi məlumata görə, təcrübəli mütəxəssis “Portu” ilə matçdan öncə keçirilən mətbuat konfransında ünvanına səslənən tənqidləri cavablandırıb.

“Qartallar” Portuqaliya Liqa Kubokunun yarımfinalında “Braqa”ya uduzaraq turnirlə vidalaşıblar. Mourinyonun açıqlamasından mühüm məqamlar:

Nəticələr haqqında: “Pis nəticələr göstərib hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Mən nə başqalarında, nə də özümdə orta səviyyəli işi qəbul etmirəm.”

Futbolçularla münasibət: “55 yaşlı keçmiş futbolçularım hələ də mənə yazırlar – bu, karyeramın ən gözəl tərəflərindən biridir.”

Tənqid və müdafiə: “Futbolçuları kəskin tənqid də edə bilərəm, onları müdafiə də edə bilərəm. Məsələn, Dal məsələsində olduğu kimi. “Bayer”lə oyunda Patrik Şikə qol ötürməsi verdiyi üçün komanda yoldaşları Dalın üstünə düşəndə mən ortaya çıxdım. Dedim ki, Dala toxunmaq olmaz, növbəti oyunda meydanda Dal və daha 10 nəfər olacaq.”

Dəyişməz xarakteri: “Mən dəyişməyəcəyəm. Olduğum yerə kimliyim sayəsində gəlib çıxmışam. Sonuna qədər Mourinyo olaraq qalacağam.”Hazırda “Benfika” Portuqaliya çempionatında lider “Portu”dan 10 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09