“Benfika”nın baş məşqçisi Joze Mourinyo karyerasını qiymətləndirib. “A Bola” nəşrinin verdiyi məlumata görə, təcrübəli mütəxəssis “Portu” ilə matçdan öncə keçirilən mətbuat konfransında ünvanına səslənən tənqidləri cavablandırıb.
“Qartallar” Portuqaliya Liqa Kubokunun yarımfinalında “Braqa”ya uduzaraq turnirlə vidalaşıblar. Mourinyonun açıqlamasından mühüm məqamlar:
Nəticələr haqqında: “Pis nəticələr göstərib hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Mən nə başqalarında, nə də özümdə orta səviyyəli işi qəbul etmirəm.”
Futbolçularla münasibət: “55 yaşlı keçmiş futbolçularım hələ də mənə yazırlar – bu, karyeramın ən gözəl tərəflərindən biridir.”
Tənqid və müdafiə: “Futbolçuları kəskin tənqid də edə bilərəm, onları müdafiə də edə bilərəm. Məsələn, Dal məsələsində olduğu kimi. “Bayer”lə oyunda Patrik Şikə qol ötürməsi verdiyi üçün komanda yoldaşları Dalın üstünə düşəndə mən ortaya çıxdım. Dedim ki, Dala toxunmaq olmaz, növbəti oyunda meydanda Dal və daha 10 nəfər olacaq.”
Dəyişməz xarakteri: “Mən dəyişməyəcəyəm. Olduğum yerə kimliyim sayəsində gəlib çıxmışam. Sonuna qədər Mourinyo olaraq qalacağam.”Hazırda “Benfika” Portuqaliya çempionatında lider “Portu”dan 10 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.