Jorje Kaşkilya: “Qələbəyə yaxın olsaq da, bəxtimiz gətirmədi”

22.02.26 | 21:50
Ölkə futbolu

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “İmişli” – “Şamaxı” (0:0) qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Jorje Kaşkilya oyun barədə fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis komandasının qələbəyə layiq olduğunu, lakin bəxtsizliklə üzləşdiklərini bildirib.

Oyunun çətin keçəcəyini əvvəlcədən təxmin etdiklərini deyən Kaşkilya, rəqibin oyun üslubuna da toxunub: “Gözlədiyimiz kimi, çətin oyun keçdi. Bildiyiniz kimi, “Şamaxı” daha çox uzun ötürmələrə əsaslanan güclü futbol oynayır. Meydanda qayda pozuntuları çox idi və bu da oyunun tempinin aşağı düşməsinə səbəb olurdu”.

Baş məşqçi komandasının üstün tərəf olduğunu vurğulayaraq, itirilən iki xala görə təəssüfünü gizlətməyib: “Hesab edirəm ki, bu gün meydandan qalib ayrılan tərəf məhz “İmişli” olmalı idi. Biz iki xal itirdik. Oyun ərzində top iki dəfə qapı dirəyinə dəydi. Qol vurmağa çox yaxın olsaq da, bəxtimiz gətirmədi. Qarşılaşmanın son dəqiqələrində də fərqlənməyə çalışdıq, lakin alınmadı. Nəticədə istədiyimiz qələbəni qazana bilmədik”.

Komanda oyun planında canlanma göstərsə də, Kaşkilyanın qeyd etdiyi “bitiricilik” problemi turnir cədvəlindəki mövqeyə mənfi təsir etməkdə davam edir.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11