Türkiyə Superliqasında növbəti turunun mərkəzi oyununda “Beşiktaş”la “Fənərbaxça” qarşılaşıb. Evdə “Fənər”lə üz-üzə gələn “Beşiktaş” 22-ci dəqqiqədə hesabda 2:0 irəlidə olsa da, sonda qələbəni əldən verib. İlk yarıda meydan sahiblərinin 2 oyunçusunun qırmızı vərəqə almasından faydalanan “sarı-lacivərdlilər”lə oyunda dönüş yaradaraq matçın taleyini xeyirlərinə həll edə biliblər. Sonda İstanbul derbisindən 3:2 hesablı qələbəylə ayrılan “Fənərbaxça” hesabına 25 xal yazaraq turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib, “qara qartal” isə bu məğlubiyyətdə sonra 17 xalla 6-cı yerdədir.