“The Irish Times” qəzetinə Dünya Kubokunun seçmə mərhələsinin yekunlarını şərh edən Macarıstan yığmasının baş məşqçisi Marko Rossi son turda komandasının İrlandiyaya uduzması (2:3) ilə bağlı bunları söyləyib: “Bu, inanılmaz dərəcədə kədərlidir bir an idi və deməyə söz tapa bilmirəm. Həmin anda danışa bilmirdim və dilim tutulumuşdu. İrlandların uzun ötürmələrlə oynayacaqlarını və onların gücü bunda olduğunu bilirdik. Düşünmürdük ki, hadisələr belə sonluqla bitəcək və biz son dəqiqədə qol buraxaraq mundiala düşmək şansımızı itirəcəyik. Bu bizim üçün kədərli bir gün oldu. Azarkeşlərmiz buna layiq deyildilər və onlardan üzr istəyirəm”.
Xatırladaq ki, evdə oynayan macarlara pley-offa düşmək üçün heç-heçə də kifayət edirdi.