İtaliyanın paytaxtı Romada keçirilən karate üzrə nüfuzlu Premyer Liqa turniri başa çatıb. Dünyanın ən güclü karateçilərinin mübarizə apardığı yarışda millimizin lideri, üçqat dünya çempionu İrina Zaretska (68 kq) növbəti uğuruna imza atıb.
Tatami ulduzumuz bürünc medal uğrunda həlledici görüşdə rəqibini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Zaretska bu qələbəsi ilə həm aktivinə növbəti medalı yazdırıb, həm də dünya reytinqindəki mövqeyini qoruyub.
Digər idmançılarımız çıxışlarını gəlincə, Mədinə Sadıqova (55 kq), Fərid Savadov (60 kq), Nuran Rzazadə (67 kq), Asiman Qurbanlı (+84 kq) medalsız başa vurmalı olublar.