İranın İspaniyadakı səfiri Rza Zabib milli komandanın DÇ-2026-da iştirakına aydınlıq gətirib. Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı — İsrail və ABŞ-ın İrana “qabaqlayıcı” zərbələr endirdiyi, Tehranın isə buna raket hücumları ilə cavab verdiyi bir vaxtda, səfir futbol yığmasının mundialda iştirak edəcəyini qətiyyətlə vurğulayıb.
Səfir çıxışında hərbi münaqişənin acı nəticələrinə və mülki itkilərə də toxunub:”Hazırda çox ağır günlərdən keçirik. Qətlə yetirilən 100 gənc qızın və həyatını itirən günahsız uşaqların xatirəsini böyük kədərlə yad edirik. Lakin bu çətinliklərə baxmayaraq, İranın mundialda mübarizə aparmaq hüququ var. Bizim üçün heç bir maneə yoxdur, komandamız orada olacaq”.