“El Espanol” qəzetinin yazdığına görə, Peru prokurorluğu İspaniya yığması və “Barselona”nın sabiq oyunçusu Andres İnyestaya qarşı cinayət işi açıb. İnyestanın bir neçə yerli sahibkarlara qarşı olan 518.000 avrodan çox maliyyə fırıldağında iştirakşı etdiyi güman olunur. Perulu iş admları İspaniya yığmasıyla iki dəfə Avropa çempionu və Dünya Kubokunun qalibi olan İnyestanın ortaq mülkiyyəti olan “Never Say Never Barcelona” qrup və onun törəmə şirkələrinin Cənubi Amerikada müxtəlif idman və mədəni tədbirlərin təşkili ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər.