Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. İtaliya derbisində “Roma”nı əlavə vaxtda üstələyən “Bolonya” 1/4 finalın sonuncu iştirakçısı olub.
Artıq qitənin ikinci dərəcəli klub turnirində 1/4 final cütlükləri və yarımfinalın potensial rəqibləri məlumdur.
1/4 final cütlükləri:
“Braqa” – “Betis”
“Frayburq” – “Selta”
“Portu” – “Nottingem Forest”
“Bolonya” – “Aston Villa”
Bu mərhələnin ilk oyunları aprelin 9-a, cavab qarşılaşmaları isə aprelin 16-da keçiriləcək.
Yarımfinal mərhələsində aşağıdakı cütlüklərin qalibləri üz-üzə gələcəklər:
“Braqa” / “Betis” – “Frayburq” / “Selta”
“Portu” / “Nottingem Forest” – “Bolonya” / “Aston Villa”