Premyer Liqanın debütantı “İmişli” heyətinə yeni oyunçu qatıb.
Klubdan verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcov ilə rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, futbolçu cari mövsümün sonuna qədər “İmişli”nin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, O. Fərəcov ölkəmizdə “Səbail”, “Bakı Sportinq” və “Şahdağ” kimi klubların şərəfini qoruyub. Yarımmüdafiəçi həmçinin legioner həyatı da yaşayıb. O, Polşada “Narev Ostrolenka” və “Troşin” klublarında çıxış edərək beynəlxalq təcrübə toplayıb.