Günün açılış matçı Qubada baş tutdu: son vaxtlar xal itkiləri ilə diqqət çəkən iki komandası “İmişli” və “Şamaxı” üz-üzə gəldi. Jorje Kaşkiliyanın rəhbərlik etdiyi “İmişli” üçün bu oyun uğursuz seriyanı qırmaq şansı idi. Lakin nominal meydan sahibləri hücum xəttindəki kəskinliyi təmin edə bilmədi. Bu bərabərliklə “İmişli”nin qələbəsiz oyunlar seriyası artıq 9 oyuna çatdı. Portuqaliyalı mütəxəssis üçün vəziyyət getdikcə çətinləşir.
Premyer Liqa, 21-ci tur
İMİŞLİ – ŞAMAXI 0:0
Baş hakim: Rəşad Əhmədov
“İmişli”: Andrey Sinenka, Azər Salahlı (k), İdris İnqilablı (Abbas Ağazadə, 80), Rafael Viegas, Nikola Karaklaiç, Edvin Banquera, Ronaldo Rodriqes, Dioqu Rollo, Dioqu Kardozu, Ezekiyel Morqan, Luis Silvestr
“Şamaxı”: Rikardo Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev, Oruc Məmmədov, Rüfət Abbasov, Kərim Rossi, Rikardo Apolinario, Dioqu Balau, Sezar, David Santos, Alfons Msanqa (Andrey Tırkovyanu, 69)Sarı vərəqələr: Alfons Msanqa, Dioqu Balau, Azər Salahlı, Oruc Məmmədov