Mövsümə böyük ümidlərlə başlayan “Araz-Naxçıvan” qış fasiləsinə qeyri-sabit çıxışı ilə gəlib çatmışdı. Nəticədə belə uğursuzluğa görə baş məşqçi Elmar Baxşıyev işini itirdi. İndi çempionatın ikinci yarısı günahın məhz Elmar Baxşıyevdə olub-olmamasına cavab verməlidir. Bu baxımdan Andrey Demçenkonun rəhbərliyi altında Bakıda lövbər salmış naxçıvanlıların necə oynayacağı maraq doğururdu. “İmişli” isə artıq payızda asan keçiləsi rəqib olmadığını göstərmişdi və oyunun əvvəlində bunu bir daha təsdiqlədi. Oyunun lap əvvəlində Luis Silvestr hesabı açdı. Naxçıvan klubu bu qolun cavabını Şarl Boli ilə tezliklə verdi. Qapı önündə qarışıqlıq zamanı top Bolidən tora düşdü.
İkinci hissə daha maraqlı keçdi, lakin həlledici hadisələr oyunun sonlarında baş verdi. 84-cü dəqiqədə Dioqo Almeyda yenidən nominal ev sahiblərini hesabda irəli çıxardı. İrəli atılan qonaqlar uzatmalarda məğlubiyyətdən qaça bildi. Oyun göstərdi ki, çempionatın ikinci yarısında bizi maraqlı duellər gözləyir.
Premyer Liqa, 17-ci tur.
“İmişli” – “Araz-Naxçıvan” 1:1
Quba OİK stadionu.
Qollar: Luis Silvestr, 5 (1:0). Şarl Boli, 14 (1:1). Dioqo Almeyda, 84 (2:1). Ramon Maçado, 90+1 (2:2).