Azərbaycan taekvondoçusu Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə möhtəşəm qələbəyə imza atıb. “Pumse” proqramı üzrə mübarizə aparan idmançımız “fristayl” növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çıxışı zamanı yüksək texniki hazırlığı və mürəkkəb akrobatik elementləri ilə seçilən Novruzov hakimlərdən yüksək xal almağı bacarıb. O, final mərhələsində bir sıra güclü rəqiblərini geridə qoyaraq turnirin baş mükafatına sahib çıxıb.
Bu qələbə Azərbaycan idman tarixində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Hüseyn Novruzovun qazandığı bu qızıl medal ölkəmizin taekvondo tarixində böyüklər arasında rəsmi “pumse” yarışlarında əldə olunan ilk tarixi uğurdur.
Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, bu nəticə ölkəmizdə taekvondonun bu növünün inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.