Heydərov rəqibinə yox, intizamsızlığına məğlub oldu!

28.02.26 | 18:15
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan millisi üçün həm böyük sevinclə, həm də gözlənilməz intizam problemi ilə yadda qalıb. Turnirin ikinci günündə bütün diqqətlər 81 kq-da möcüzələr yaradan Ömər Rəcəbliyə yönəlsə də, dünya reytinqinin lideri Hidayət Heydərovun başına gələnlər idman ictimaiyyətində şok effekti yaradıb.

Liderin peşəkarlığa yad səhviHeydərovun böyük uğursuzluğu

Ölkəmizin cüdo məktəbinin əsas simalarından biri, 73 kq çəki dərəcəsində dünya reytinqinə başçılıq edən Hidayət Heydərovun tatamiyə çıxa bilməməsi Daşkənd turnirinin ən çox müzakirə olunan hadisəsinə çevrilib. Təəssüflə qeyd etməliyik ki, təcrübəli idmançımız çəkiölçmə mərasimində müəyyən olunmuş normanı keçdiyi üçün yarışdan kənarlaşdırılıb.

Dünya lideri statusunu daşıyan bir atletin belə bir texniki və intizamsız səhvə yol verməsi peşəkarlıq prinsiplərinə tamamilə yaddır. Bu səviyyədə bir idmançının çəki balansını qoruya bilməməsi nəinki qazanılacaq medalın itirilməsi, həm də dövlətin və məşqçilər heyətinin çəkdiyi əməyin boşa çıxması deməkdir. Reallıq budur ki, turnirin ən böyük favoritlərindən biri hesab olunan Hidayət, rəqibinə deyil, öz intizamsızlığına məğlub olaraq azarkeşləri dərin məyusluğa uğratdı.

Ömər Rəcəblidən “Böyük Dəbilqə” dərsi

Hidayətin uğursuzluğunun fonunda Ömər Rəcəbli (81 kq) öz çıxışı ilə azarkeşlərin könlünü alıb. O, finala gedən yolda dünyanın ən güclü cüdo məktəblərinin nümayəndələrini sıradan çıxarıb. 1/4 finalda Sotaro Fujivaranı (Yaponiya) məğlub edərək rəqiblərinə göz dağı verdi. Yarımfinalda özbəkistanlı Arslonbek Tojiyevi bütün zalın önündə məğlub edərək finala adladı. Ömər indi Daşkənd qızılı üçün son addımını atacaq.

Gözlənilən və gözlənilməyən məğlubiyyətlər

Təəssüf ki, günün digər təmsilçiləri eyni uğuru təkrarlaya bilməyiblər. Kamran Süleymanov (73 kq) yapon rəqibinə, Fidan Əlizadə (63 kq) isə italyan rəqibinə 1/8 finalda uydublar. Sudaba Ağayeva (70 kq) isə elə ilk görüşdəcə turnirlə vidalaşıb.

Ümumi vəziyyət: millimiz hələ də liderlər sırasındadırBütün eniş-yoxuşlara baxmayaraq, Azərbaycanın aktivində artıq 1 qızıl (Əhməd Yusifov) və 1 gümüş (Balabəy Ağayev) medal var. Ömər Rəcəblinin final qarşılaşması millimizin ümumi komanda hesabındakı yerini daha da yüksəldə bilər.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58