Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55
Dünya futbolu

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu, DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalında Kosovo ilə keçiriləcək taleyüklü qarşılaşma öncəsi mətbuat konfransında iddialı və emosional açıqlamalarla çıxış edib. Səfərdə baş tutacaq matçdan öncə media mənsublarının suallarını cavablandıran ulduz futbolçu, həm rəqibə hörmətini ifadə edib, həm də komanda daxilindəki sarsılmaz birlikdən danışıb.

Heç bir rəqibi zəif hesab etmədiyini vurğulayan Çalhanoğlu, futbolda sürprizlərin qaçılmaz olduğunu xatırladıb: “Mən rəqibləri heç vaxt aşağılamıram. Xatırlayırsınızsa, ‘İnter’lə ‘Bodo Glimt’ə uduzmuşduq. İndi dünya çempionatına gedən yolda cəmi bir addımımız qalıb. Bu mərhələdə keyfiyyətdən daha çox, kimin meydana daha çox ürək qoyacağı önəmlidir. Biz buna hazırıq”.

Kosovo millisinin güclü tərəflərinə də toxunan kapitan, Vedat Muriqi və digər təhlükəli oyunçuları yaxından tanıdığını qeyd edib: “Kosovo çox keyfiyyətli heyətə və yaxşı məşqçiyə malikdir. Muriqi cərimə meydançasında və standart vəziyyətlərdə çox təhlükəlidir. Kenan Yıldızla “Yuventus”da çiyin-çiyinə oynayan futbolçular da var. Hamısı hörmətə layiq oyunçulardır”.

Dünya çempionatında iştirak etməyin uşaqlıq arzusu olduğunu deyən Hakan, 2002-ci ildəki uğuru təkrar etmək istədiklərini bildirib. O, Türkiyə futbolunun əfsanəvi simalarına səslənərək maraqlı bir təklif irəli sürüb: TugayYıldırayAlpay, İlhanBülent… 2002-ci ildə bu qüruru bizə yaşadan böyük qardaşlarımı yanımızda görmək istəyirəm. Onların təcrübəsi bizim üçün əvəzsizdir. Gəlin, Amerikaya birlikdə gedək. Birlik olsaq, ölkəmizi daha yaxşı təmsil edərik”.

Komanda daxilindəki ab-havanın yüksək olduğunu vurğulayan təcrübəli yarımmüdafiəçi, bəzi dairələrin milli komandaya təzyiq göstərmək cəhdlərinə də kəskin reaksiya verib: “Bizi provokasiyaya çəkməyə çalışırlar, amma bu, heç vaxt baş tutmayıb və tutmayacaq. Biz bir-birimizə sevgi ilə bağlıyıq. Bizi bölmək istəyənlər heç vaxt məqsədlərinə çatmayacaqlar. Yeganə hədəfimiz bu ölkəni layiq olduğu yerə — dünya çempionatına aparmaqdır”.

Milli komanda seçimini etdiyi ilk gündən bu anı xəyal etdiyini deyən Çalhanoğlu, bu matçın onun üçün daşıdığı əhəmiyyəti belə ifadə edib: “Sabah karyeramın ən vacib matçına çıxacağam. Biz bura dırnaqlarımızla qazıyaraq gəlmişik, heç kim bizə bu şansı hədiyyə etməyib. Bu komanda və bu xalq uğuru tamamilə haqq edir. Ümid edirəm ki, meydandan alnıaçıq ayrılacağıq”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09