“Haka” elitanı tərk etdi, azarkeşlər tribunanı külə döndərdi

16.12.25 | 08:51
Dünya futbolu

Finlandiyanın doqquzqat çempionu “Haka” elita liqasını tərk etdikdən sonra klubun on beş yaşlı “ultras” qrupunun üzvləri qərara gəliblər ki, sevimli klublarını dəstəkləməyin ən yaxşı yolu onun ev oyunlarını keçirdiyi arenada tonqal qalamaqdır. Bu “dahi” fikirin nəticəsində indi klub stadionsuz qalıb.

Dekabrda Valkeakoski şəhərində heç kimin gözləmədiyi bir hadisə baş verib. Üç məktəbli komandanın idman uğursuzluqlarına qarşı etiraz etmək üçün radikal addım atdı — yüz illik “Tehtaankenttä” stadionunun tribunasını yandırıblar. 1996-cı ildə tikilmiş taxta konstruksiya külə dönüb, süni qazon isə zədələnib. Yanğınsöndürənlər yanğını bir neçə saat ərzində söndürə bililbər.

Hadisəni törədən gənclərin motivasiyasını anlamağa çalışaq. “Haka” mövsümü uğursuz keçirdi, bu faktdır. İyul ayından bəri bir qələbə qazanılmayıb, 14 oyundan 12-də məğlubiyyət və Veikkausliqada sonuncu yer. Uzun illərdən sonra ilk dəfə yüksək liqanı tərk etmək. Ağrılıdırmı? Şübhəsiz. Amma hansı normal insan belə düşünür: “Vəziyyəti arenanı məhv etməklə düzəltmək olar!”

Klub onsuz da maliyyə cəhətdən güclə ayaqda dururdu. Oyunçularla vidalaşır, büdcədəki boşluqları yamayırdı. İndi isə xoş gəlmisiniz, yanvarın sonunda başlayacaq ikinci divizion matçlarını oynamağa yer tapmaq zərurəti ilə üzləşdiyiniz reallığa. Bərpa üçün vəsait toplama kampaniyası başladılıb, ancaq təəssüf ki, pul yerdə bitmir.
Bu hekayənin ən maraqlı məqamı hüquqi tərəfdir. Polis tez bir zamanda günahkarları tapdı və onlardan biri dərhal günahını etiraf etdi. Lakin Finlandiya qanunvericiliyində 15 yaşa qədər cinayət məsuliyyəti yoxdur. Yeniyetmələr dəyən zərərin ödənilməsi ilə canlarını qurtaracaqlar. Şübhəsiz, yükün ağırlığı valideynlərin çiyninə düşəcək.
1980-ci illərdə UEFA Kuboklar Kubokunun 1/4 finalına çıxan, doqquz çempionluq qazanan klub indi kuboklar uğrunda deyil, mövcud olmaq uğrunda mübarizə aparır. Hadisədən bir gün əvvəl “Haka” bir neçə illik inkişaf strategiyasını təqdim etmişdi. İndi yeganə strategiya yaxın gələcəkdəki matçları harada oynamağın yolunu tapmaqdır.
Bələdiyyə meydançanın qazonunun təmirinə kömək etməyi vəd edib. Lakin tribunların bərpası və nəticələrin tam aradan qaldırılması ciddi sərmayə tələb edir. 20 min əhalisi olan bir şəhərin klubunda belə pullar yoxdur.
Bu hekayədə qəddar bir ironiya var. Yeniyetmələr öz klublarını açıq şəkildə sevirlər — əks halda liqadan düşəndən sonra gecə stadiona girməzdilər. Lakin onların etiraz hərəkəti komandaya 12 məğlubiyyətdən daha çox ziyan vurdu.
İndi paytaxtın HİK-indən sonra Finlandiyanın ən titullu ikinci klubu xeyriyyəçilikdən və cəmiyyətin xoş niyyətindən asılıdır. Kifayət qədər pul yığa biləcəklərmi? Mövsüm başlayana qədər heç olmasa nəyisə bərpa etməyə nail olacaqlarmı? Bu suallar istənilən taktiki sxemdən daha kəskindir.
On beş yaşlı “vətənpərvərlər” komandanı uğursuzluğa görə cəzalandırmaq istəyirdilər. Parlaq alındı?! ancaq onlar rəhbərliyi və ya oyunçuları deyil, klubun özünü, onun gələcəyini və bütün əsl azarkeşləri cəzalandırdılar.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11