Serbiyanın Zrenyanin şəhərində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə 5 sərbəst güləşçimiz mübarizəyə qoşulub: Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq).
Vasif Bağırov və Səbuhi Əmiraslanov bütün rəqiblərini məğlub edərək qitə birinciliyinin finalına yüksəliblər. Onlar qızıl medal uğrunda xalça üzərinə çıxacaqlar.
Yarımfinal mərhələsində məğlub olan Zəfər Əliyev birbaşa bürünc medal uğrunda həlledici görüşə qatılacaq. Dörddəbir finalda məğlub olan Musa Ağayev və Ramik Heybətovun rəqibləri finala yüksəldiyi üçün idmançılarımız bürünc medal şanslarını qoruyublar. Onlar sabah təsəlliverici görüşlərdə qüvvələrini sınayacaqlar.