Giorgi Çixradze: “Məğlubiyyətə layiq deyildik, sadəcə fürsətləri boşa verdik”

10.02.26 | 22:50

Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Qəbələ”nin məşqçisi Giorgi Çixradze oyunsonrası mətbuat konfransında qarşılaşmanı şərh edib. Mütəxəssis komandasının oyunundan razı qalsa da, nəticədən məyus olduğunu bildirib.

Oyunun gərgin və sürətli keçdiyini vurğulayan Çixradze, rəqibin start təzyiqinə tab gətirə bilmədiklərini etiraf edib: “Maraqlı və dinamik oyun alındı. Bilirdik ki, “Neftçi” matça yüksək tempdə başlayacaq. İlk 15 dəqiqədə sürət baxımından rəqibdən geri qaldıq. Onlar oyuna aqressiv daxil oldular və nəticədə qapımızda qol gördük”.

Çixradze buraxılan qoldan sonra komandasının toparlandığını və üstün tərəf olduğunu qeyd edib: “Qoldan sonra çox yaxşı futbol nümayiş etdirdik. Xüsusilə ikinci hissədə real qol imkanlarımız oldu. Elə epizodlar yarandı ki, onlardan necə istifadə edə bilmədiyimizi hələ də başa düşə bilmirəm. Amma bu futboldur, belə hallar olur. Məncə, biz bu gün məğlubiyyətə layiq deyildik”.

Matçın ən yaddaqalan məqamlarından biri Prins Ovusunun 100 faizlik qol imkanını qaçırması və bundan sonra yaşadığı üzüntü olub. Məşqçi futbolçusuna dəstək verib: “Biz Prinsi sakitləşdirdik. O, gənc oyunçudur, öz üzərində çalışır və inkişaf edir. Bu, onun Premyer Liqada ilk mövsümüdür. Belə səhvlərin olması normaldır”.

“Neftçi” kimi güclü rəqibə qarşı qapıda gənc Rza Cəfərovun yer alması ilə bağlı sualı cavablandıran Çixradze, bunun əvvəlcədən planlaşdırıldığını bildirib: “Rzanı hələ əvvəldən komandaya cəlb etmək istəyirdik, amma o vaxt alınmamışdı. Ona böyük ümidlər bəsləyirik. Potensialını yaxşı bildiyimiz üçün şans verdik. O, kubok çərçivəsində “Sabah”la oyunu da yüksək səviyyədə keçirmişdi. Bu səbəbdən bu gün qapıda onun duracağını əvvəlcədən planlaşdırmışdıq. Bu qərar məhz rəqibin “Neftçi” olması ilə bağlı deyildi”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09