Gənclər arasında Avropa çempionatı milli komandamız üçün uğurla başlayıb. Bu gün Bratislavada start götürən yarışda Məhəmməd Musayev qızıl medal qazanıb. 66 kq çəki dərəcəsində tatamiyə çıxan Musayev finalda fransız cüdoçu Aleksis Renarı ipponla fəndi ilə yenib.
Bu komandamızın ikinci qızıl medalıdır. Belə ki, 60 kq kateqoriyada Nihad Məmişov taliyalı Françesko Sampinonu məğlub erdərək qızıl medal əldə edib.
Daha bir gənc idmançımız – Nizami İmranov (-66 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, 2 qızıl və 1 bürünc medal əldə edən yığmamız komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.