Finalissima ləğv edildi: İspaniya və Argentina qarşılaşması baş tutmayacaq

15.03.26 | 19:22
Dünya futbolu

Futbolsevərlərin böyük maraqla gözlədiyi, Avropa çempionu İspaniya ilə Amerika Kubokunun son qalibi Argentina arasındakı Finalissima oyunu rəsmən ləğv edilib. UEFA-nın mətbuat xidmətindən verilən məlumata görə, martın 27-də Qətərdə keçirilməsi planlaşdırılan matç regiondakı siyasi vəziyyət səbəbindən təxirə salınıb.

UEFA, Qətər tərəfi və hər iki federasiya nümayəndələri arasında aparılan uzunmüddətli müzakirələrə baxmayaraq, tərəflər oyun üçün alternativ tarix və ya məkan seçimində razılığa gələ bilməyiblər. UEFA rəsmiləri bu qərarın böyük məyusluq yaratdığını qeyd ediblər. Qətər, beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etmək təcrübəsinə görə əsas namizəd olsa da, mövcud gərginlik planları pozub.

Təşkilat komitəsi oyunun xilası üçün bir neçə fərqli variant təklif etmişdi:

Madrid variantı: Matçın elə həmin tarixdə Madriddəki “Santyaqo Bernabeu” stadionunda, azarkeşlərin bərabər bölgüsü ilə keçirilməsi.

İki oyunluq sistem: İlk görüşün 27 martda Madriddə, cavab oyununun isə “Avro-2028” və “Kopa Amerika-2028” öncəsi Buenos-Ayresdə keçirilməsi.

Neytral Avropa şəhəri: Oyunun 27 və ya 30 mart tarixlərində Avropanın neytral stadionlarından birinə köçürülməsi.

Lakin Argentina tərəfi bu təkliflərin hamsını rədd edib. Argentina Futbol Federasiyası oyunun Dünya Çempionatından sonrakı dövrə keçirilməsini istəsə də, İspaniya tərəfi millisinin təqviminin buna imkan vermədiyini bildiriblər. Argentinanın son təklifi olan martın 31-I isə təşkilatçılar üçün uyğun olmayıb.

UEFA və CONMEBOL arasındakı əməkdaşlıq çərçivəsində bərpa edilən Finalissima, iki qitənin ən güclülərini üz-üzə gətirir. Xatırladaq ki, 2022-ci ildə “Uembli” stadionunda keçirilən ilk turnirdə Argentina İtaliya seçməsini 3:0 hesabı ilə darmadağın edərək kubokun sahibi olmuşdu.

Bu qərar beynəlxalq futbol təqvimindəki sıxlığı və qitələrarası turnirlərin təşkilində logistik və siyasi faktorların nə dərəcədə həlledici olduğunu bir daha göstərdi.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11