Azərbaycan qadın voleybolu üzrə yüksək liqada pley-off həyacanı davam edir. Turnirin yarımfinal mərhələsi çərçivəsində bu gün keçirilən növbəti qarşılaşma ilə finalın ikinci iştirakçısının adına aydınlıq gəlib.
Yarımfinalın cavab matçında “Turan” və “Gəncə” kollektivləri üz-üzə gəliblər. İlk görüşdə olduğu kimi, bu dəfə də “Turan” voleybolçuları meydançada tam üstünlük nümayiş etdiriblər. Qarşılaşma boyu təşəbbüsü əldən verməyən komanda, hər üç seti eyni hesabla qalib başa vuraraq final vəsiqəsini rəsmiləşdirib.
Turan – Gəncə – 3:0 (25:18, 25:18, 25:18)
İlk oyunun nəticəsi: 3:0
Xatırladaq ki, daha əvvəl keçirilən digər yarımfinal seriyasında “DH Volley” rəqibini üstələyərək finala adlamışdı. Beləliklə, cari mövsümün çempionluq titulu uğrunda “DH Volley” və “Turan” klubları mübarizə aparacaqlar.