FİFA-nın matç-direktoru Əlişir Nikimbayev beynəlxalq futbol qurumunun qərarların qəbulunda müstəqil olmadığını söyləyib. Ötən həftə FİFA-da İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması məsələsi gündəmə gəlmişdi. Müzakirələrin sonunda FİFA İsrailin yolunda “qırmızı işıq” yandırmaqdan daşındı. Nikimbaev bu məsələ ilə bağlı belə deyib: “UEFA İsraili rəsmi yarışlardan kənarlaşdıra bilər, ancaq FİFA-nın mövqeyi onlara mane olur. FİFA-nın bugünkü mövqeyi ABŞ-dan asılıdır. Heç kimə sirr deyil ki, ABŞ İsrailin əsas və mahiyyətcə tək müttəfiqidir. Artıq İsrailin tərəfdarı qalmayıb. Onlar bütün sərhədləri aşıb. Bunun baş verməsi xoşagəlməz haldır. Həmişə olduğu kimi yenə futbola siyasətçilər nəzarət edir. Burada yeni heç nə yoxdur və buna alışmışıq. Canni İnfantino Donald Trampla dost olmağa çalışır və ona görə də FİFA ABŞ-ın mövqeyini nəzərə alır”.