Bakıda keçirilməsi planlaşdırılan “FIFA Series” beynəlxalq turnirinin formatında və oyun cədvəlində gözlənilməz dəyişiklik baş verib. AFFA-dan verilən rəsmi məlumata görə, turnirin əvvəlki proqramı iştirakçı komandalardan birinin turnirdən çəkilməsi səbəbindən yenidən hazırlanıb.
Turnirin formatının dəyişdirilməsinə əsas səbəb Oman yığmasının Bakıya səfərinin ləğv olunmasıdır. Buna Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və bölgədə yaranmış gərgin vəziyyət səbəb olub. Təhlükəsizlik mülahizələrinə görə rəqib komandanın iştirakı qeyri-mümkün hesab edilib və nəticədə turnirin strukturu yenidən nəzərdən keçirilib.
AFFA tərəfindən razılaşdırılmış yeni formata əsasən, turnir çərçivəsində Azərbaycan millisi cəmi iki qarşılaşmada qüvvəsini sınayacaq. Millimizin yeni rəqibləri və oyun tarixləri aşağıdakı kimidir:
Tarix Saat Qarşılaşma
27 mart 19:00 Azərbaycan – Sent-Lusiya
30 mart 19:00 Azərbaycan – Syerra-Leone
Hər iki qarşılaşma Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda baş keçiriləcək.