Fatih Terimdən Türkiyə futbolu üçün tarixi təklif

06.01.26 | 12:27
Digər növlər

Məşhur məşqçi Fatih Terim Türkiyə futbolunda inqilab yaradacaq tarixi bir təkliflə çıxış edib. Türkiyənin “Dörd böyüklər”i (“Qalatasaray”, “ Fənərbaxça”, “ Beşiktaş” və “Trabzonspor”) arasında transferlərin sərbəst şəkildə həyata keçirilməli olduğunu müdafiə edən Terim deyib: “Bu, həmişə ürəyimdə olan bir arzudur. Əgər bu dörd böyük klub öz aralarında oyunçu mübadiləsi apararaq çatışmazlıqlarını aradan qaldırsa, ortaya tamamilə fərqli mənzərə çıxar. Onlar həm iqtisadi, həm inzibati, həm də texniki baxımdan böyük fayda əldə edərlər”.

“Lider Haber” kanalına açıqlama verən təcrübəli mütəxəssis, bu addımın Türkiyə futbolunu irəli aparacağını vurğulayıb. Terim qeyd edib ki, klublar arasında transfer dövriyyəsi yaransa, xarici oyunçu seçimində səhvlərə daha az yol verilər:

“İnanın mənə, Türkiyədə bu dörd klub arasında transfer sirkulyasiyası olsa, biz əksər hallarda legioner seçimində yanılmarıq. Mən bir oyunçunu heyətə salmıram, amma eyni zamanda getməsinə də icazə vermirəm. Deyirlər ki, “birdən gedib orada yaxşı oynayar”. Belə düşüncə olar? Mən karyeram boyu getmək istəyən hər bir oyunçuya yaşıl işıq yandırmışam, heç vaxt mane olmamışam. Doğru olan da budur”.Dünya futbolundan nümunələr gətirən Terim fikrini belə tamamlayıb: “Milan” “İnter”dən, “İnter” isə “Milan”dan oyunçu alır, “Çelsi” “Mançester”dən transfer edir. Dünyanın hər yerində bu belədir. Heyətə salmadığınız oyunçunu niyə əlinizdə saxlayırsınız? Qoyun getsin orada oynasın. Bunun nəyi pisdir?! Mən belə bir yol göstərdim. İnşallah, Türkiyədə də bu anlayış formalaşar”.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03