Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində baş tutan “Eyüpspor” – “Gənclərbirliyi” qarşılaşmasında maraqlı anlar yaşanıb. Türkiyə futbolunun əfsanəvi məşqçisi Fatih Terim Rəcəb Tayyib Ərdoğan stadionunda keçirilən oyunu tribunadan izləyib.
Təcrübəli mütəxəssis bu addımı ilə “Gənclərbirliyi”nin baş məşqçisi postunda ilk rəsmi matçına çıxan yaxın dostu Levent Şahinə dəstək olub. Qeyd edək ki, Levent Şahin daha əvvəl Türkiyə milli komandasında, “Qalatasaray”da və “Əl-Şabab” klubunda Fatih Terimin köməkçisi kimi fəaliyyət göstərib.
Matçı izləyənlər arasında Terimin qızı Merve Terim Çetin də olub. Azarkeşlərin böyük marağı ilə qarşılaşan “İmperator” onlarla xatirə şəkli çkdirmək istəyini də geri çevirməyib.