“Fənərbaxça”da Tedesko Düyünü: qovmaq istədilər, ancaq 6 nilyon mane oldu

15.03.26 | 22:12
Dünya futbolu

Türkiyə süperliqasının 26-cı turunda “Fatih Karagümrük”ə 2:0 hesablı məğlubiyyətlə çempionluq yarışında ağır zərbə alan “Fənərbaxça”da sular durulmur. Bu uğursuzluqdan dərhal sonra klub daxilində hərəkətli saatlar yaşanıb. Prezident Sadəttin Saran və rəhbərlik heyəti həm baş məşqçi Domeniko Tedesko, həm də idman direktoru Devin Özekin gələcəyini müzakirə etmək üçün fövqəladə toplantı keçirib.

Dünən klub binasına çağırılan Tedesko və Özek ilə rəhbərlik arasında uzunmüddətli və gərgin bir görüş baş tutub. İtalyan mütəxəssis tərəfindən təqdim olunan hesabatda komandadakı kəskin motivasiya düşkünlüyü əsas problem kimi göstərilib. Tedesko, eyni zamanda, bəzi futbolçuların fərdi performansından və kollektivdəki intizamsızlıqdan narazılığını rəhbərliyin diqqətinə çatdırıb.

Domeniko Tedeskonun gələcəyi ilə bağlı rəhbərlik daxilindəki fikir ayrılığı pik həddə çatıb. Bir qrup üzv uğursuz nəticələrə görə mütəxəssislə yolların dərhal ayrılmasını tələb etsə də, rəsmi rəqəmlər masaya yatırıldıqdan sonra qərarın rəngi dəyişib. Görünən odur ki, baş məşqçinin taleyini meydandakı nəticələr deyil, müqavilədəki ağır bəndlər müəyyən edir.

Tedeskonun postunda qalmasına səbəb olan əsas amil onun hazırkı müqavilə şərtləridir. Rəhbərliyin geri addım atmasına səbəb olan detallar aşağıdakı kimidir:

İllik qazanc. Mütəxəssisin illik maaşının təxminən 4 milyon avro olması, yeni məşqçi axtarışında olan klub üçün əlavə maliyyə yükü deməkdir.

Müqavilə müddəti. Tedeskonun müqaviləsi 2027-ci ilin sonuna qədər qüvvədədir. Bu uzunmüddətli anlaşma rəhbərliyin manevr imkanlarını xeyli məhdudlaşdırır.

Təzminat faktoru. Əgər yollar birtərəfli qaydada ayrılarsa, klub alman məşqçiyə 6 milyon avro təzminat ödəmək məcburiyyətində qalacaq.

Maliyyə rəqəmləri göstərir ki, Tedeskonun göndərilməsi büdcədə ciddi boşluq yarada bilər. Məhz bu “bahalı” ayrılıq ehtimalı, rəhbərliyin radikal qərar verməsinə mane olur. Hazırda klubun qarşısında iki yol var: ya bu ağır kompensasiyanı gözə alıb yeni səhifə açmaq, ya da 2027-ci ilə qədər Tedesko ilə yola davam etməyin yollarını axtarmaq.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11