Fənərbaxça Buxarest sınağında

29.01.26 | 12:38
Dünya futbolu

Bu gecə Avropa Liqasında əsas mərhələnin müqəddəratı həll olunur. Bütün diqqətlər Türkiyə təmsilçisi “Fənərbaxça”nın Rumıniyadakı taleyüklü oyununa yönəlsə də, qitənin digər meydanlarında da əsl futbol fırtınası gözlənilir.

“Sarı-lacivərdlilər” Rumıniya səfərindən uğurlu nəticə ilə dönərək mərhələni qələbə ilə bağlamaq niyyətindədir. Komandanın baş məşqçisi Domeniko Tedesko rəqibin motivasiyasına diqqət çəkib:

“Rəqibin kimliyindən asılı olmayaraq, hər kəs bizə qarşı yüksək motivasiya ilə oynayır. FCSB sona qədər mübarizə aparan, təslim olmayan komandadır. Bizi dolu tribunalar gözləyir. Biz də öz növbəmizdə yaxşı oyun nümayiş etdirib yolumuza davam etmək istəyirik”.

Komandanın hücum xəttindəki əsas güclərindən olan Con Duranın zədəsini nəzərə alaraq heyəti necə planlaşdırdığı barədə suala isə italyan çalışdırıcı belə cavablayıb: “Bu gün məşqi tamamlasa da, sonradan ağrılardan şikayətləndi. Müayinənin nəticələrini gözləməliyik. Ümid edirəm ki, ciddi bir problemi yoxdur. Hansı heyətlə meydana çıxacağımıza bu axşam qərar verəcəyik”.

Turnirin digər oyunlarına gəlincə, İtaliya “Roma” klubu Afinada “qaynar qazan”a girəcək. Çılğın yunan azarkeşlərinin təzyiqi altında keçəcək matçda meydan sahibləri üçün hər xal qızıl dəyərindədir. Burada taktika yox, daha çox xarakter və iradə qalib gələcək.

İspan texnikası və Niderland “total futbolu” üz-üzə gələcək. “Betis” ev sahibi üstünlüyündən yararlanmaq istəsə də, sürətli keçidləri ilə tanınan “Feyenoord” Sevilya təmsilçisini hər an cəzalandıra bilər. roterdamlılara qələbə “hava və su kimi” lazımdır.

00:00 FCSB (Rumıniya) – Fənərbaxça (Türkiyə) CBC Sport, TRT 1

00:00 Aston Villa (İngiltərə) – Zaltsburq (Avstriya)

00:00 Bazel (İsveçrə) – Viktoriya P (Çexiya)

00:00 Betis (İspaniya) – Feyenoord (Niderland)

00:00 Genk (Belçika) – Malmö (İsveç)

00:00 Qou Еxеd (Niderland) – Braqa (Portuqaliya)

00:00 Lill (Fransa) – Frayburq (Almaniya)

00:00 Lion (Fransa) – PAOK (Yunanıstan)

00:00 Ludoqorets (Bolqarıstan) – Nitsa (Fransa)

00:00 Makkabi TƏ (İsrail) – Bolonya (İtaliya)

00:00 Midtyulland (Danimarka) – Dinamo Z (Xorvatiya)

00:00 Nottingem Forest (İngiltərə) – Ferentsvaroş (Macarıstan)

00:00 Panatinaikos (Yunanıstan) – Roma (İtaliya)

00:00 Portu (Portuqaliya) – Reyncers (Şotlandiya)

00:00 Seltik (Şotlandiya) – Utrext (Niderland)

00:00 Srvena Zvezda (Serbiya) – Selta (İspaniya)

00:00 Şturm (Avstriya) – Brann (Norveç)

00:00 Ştutqart (Almaniya) – Yanq Boyz (İsveçrə)

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11